success closed Loading...

Kanadanın yeni xarici işlər naziri Rusiyanın ''qara siyahı''sındadır

 

Kanadanın yeni təyin olunan Xarici İşlər naziri Xristi Frilend 2014-cü ildən Rusiyaya girişi qadağan edilən şəxslərin siyahısındadır.

Enter.News “Interfax” agentliyinə istinadən xəbər verir ki, məlumatı Rusiya Xarici İşlər Nazirliyi təsdiqləyib.

Nazirlik bildirib ki, həmin sanksiya 2014-cü ildə Kanadanın rusiyalı rəsmi şəxslərə qarşı qoyduğu sanksiyaya cavab olaraq tətbiq olunub.
 
Bununla belə, nazirlik onu da vurğulayıb ki, bu sanksiyalar beynəlxalq diplomatik meydanlarda əlaqə qurmağa mane olmur.