success closed Loading...

Ukrayna prezidenti Zelenski: “Mənə yalnız bir nəfər təzyiq edə bilər”

icon datetime25.09.2019 13:30 icon comment icon visitor
shadow

Ukrayna Prezidenti Vladimir Zelenski ona təzyiq göstərə biləcək yeganə şəxsin adını çəkib.

Enter.News Rusca bildirir ki, bu barədə açıqlamanı o, BMT Baş Assambleyasının 74-cü iclası çərçivəsində rusiyalı jurnalistlərlə söhbət əsnasında verib.

Belə ki, ABŞ Prezidenti Donald Tramp ilə söhbət zamanı ona göstərilən mümkün təzyiqlərlə əlaqədar yaranan qalmaqala münasibət bildirən V.Zelenski deyib: "Mənə heç kim təzyiq göstərə bilməz. Çünki mən müstəqil bir ölkənin prezidentiyəm”.

Amma Ukrayna dövlətinin başçısı onu da etiraf edib ki, bu qaydadan istisna halı da var: “Mənə yalnız bir nəfər təzyiq edə bilər-o da mənim 6 yaşlı oğlumdur”.

Ukrayna lideri mətbuat nümayəndələrinin "Trampdan nə isə xahiş edəcəksinizmi" suallarına da sərt reaksiya verib.

"Bir daha deyə bilərəm ki, Trampla dəstək barədə danışa bilərik. Nə isə xahiş etmək barədə soruşursunuzsa, bu, Ukraynaya aid deyil. Biz özümüz kiməsə kömək edə bilərik",- deyə Zelenski vurğulayıb.