success closed Loading...

“Əl-Quds”ün yeni lideri: İran Süleymaninin kursunu davam etdirəcək

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qasım Süleymaninin yolu ilə getməyə davam edəcək.

Enter.News bildirir ki, bunu SEPAH-ın “Əl-Qüds” briqadasının yeni rəhbəri İsmayıl Kaani deyib.

O, İranın raket hücumlarının əvvəl-axır ABŞ-ı bölgədən uzaqlaşdıracağını bildirib.

Qeyd edək ki, Kaani bu vəzifəyə Süleymaninin ölümündən sonra təyin edilib.