success closed Loading...

İran prezidenti koronavirusdan danışdı

İran prezidenti Həsən Ruhani ölkəsində 15 nəfərin həyatına son qoyan koronavirus infeksiyasından danışıb.

Enter.News xəbər verir ki, hökumət başçısı ölkəsinin epidemiyanın öhdəsindən gələcəyini bildirib.

“Koronavirus “B” qripindən təhlükəli deyil. Biz onun öhdəsindən gəldik, koronavirusun da öhdəsindən gələcəyik. Koronavirus dəvət olunmamış qonaq kimi gəlib və bütün ölkələrə yayılıb”, - o qeyd edib.

H.Ruhani virusun yayılmasından sui-istifadə edənlərdən də bəhs edib: “Heç kəs bu olayı pis niyyətlə istifadə etməməlidir. Xalqın həb, sabun, dezinfeksiyaedici maddələr və ya maskalara ehtiyacı olduğuna görə bundan sui-istifadə etməməliyik. Xalqın çətin günlər üçün saxladığı pula göz dikilməməlidir”.