success closed Loading...

Mehmet Bora Perinçek: Xocalıda insanlığa qarşı cinayətlər törədənlər indi Ermənistan hakimiyyətində möhkəmləniblər

Xocalı və digər yaşayış məntəqələrində insanlığa qarşı cinayətlər törədənlər indi Ermənistan hakimiyyətində möhkəmləniblər.

Enter.News-un məlumatına görə, bunu İstanbul Universitetinin tarix elmləri doktoru Mehmet Bora Perinçek bu gün Bakıda “Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

O qeyd edib ki, Osmanlı Türkiyəsində 1915-ci ilin hadisələri, həmçinin Xocalı faciəsinə gətirib çıxarmış dönüş nöqtələrini anlamaq üçün erməni millətçiliyinin yaranması və xüsusiyyətləri ilə bağlı məsələlərin araşdırılması vacib əhəmiyyət kəsb edir:

"Erməni millətçiliyi Qərb və Çar Rusiyasının layihələrində paralel olaraq, əsasən də 19-cu əsrdə Osmanlı Türkiyəsinə qarşı erməni separatizminin istifadəsi ilə bağlı inkişaf edirdi. Erməni millətçiliyinin kollaborasionizmə meyilliyi və fanatizm və aqressivliyin kökləri onun ideoloqlarının nəşrləri və sənədlərində aydın görünür".

Alim bildirib ki, bu planda erməni millətçiliyinin birinci ideoloqu Qriqori Yeremeyeviç Artsruni (1845-1892) olub. Onun ideyaları və yaratdığı bazis erməni millətçiliyinin səbəblərini anlamaq üçün böyük əhəmiyyət kəsb edir:

"1872-ci ildə Q.Artsruni Tbilisidə erməni millətçiliyinin ən vacib və təsirli çap orqanı olan “Mşak”ı (Zəhmətkeş) nəşr etdirməyə başlayır. “Mşak”ın əsas vəzifələri arasında Türkiyə və Rusiya ermənilərini yaxınlaşdırma və Avropanı erməni xalqı ilə tanış etmək olub. Bu məşhur qəzetin səhifələrində Artsruni nəticədə “təcrübədə tətbiq olunmuş” daşnak ideologiyasının bazis tezislərini işləyib hazırlamağa başlayır. Artsruni ilk dəfə olaraq erməni burjua ideologiyasının mahiyyətini təsvir edir və beləliklə də Daşnaksütyunun ideya atası olur. Daşnaklar Qriqori Artsrunini özlərinin nəzəriyyəçilərindən biri kimi qəbul edirdilər və həmişə qeyd edirdilər ki, daşnak ideologiyası Qriqori Artsruninin fikirlərinin təbii davamıdır".

Tarix elmləri doktoru deyib ki, erməni millətçiliyinin ilk nəzəriyyəçilərindən olaraq Q.Artsruni öz fəaliyyətində Avropa xalqlarını Asiyanın erməni və digər xristian xalqları ilə birgə türk xalqlarına qarşı mübarizə aparmaq və məhv etməyə çağırır: "O bunu “vəhşi millətlərə qarşı sivil millətlərin”, ari və semit tayfalarının turan tayfasına qarşı müharibələri adlandırırdı. Artsruni slavyan, yunan, erməni, assuriyalı, gürcü və yəhudilərin “onlara zülm verən monqol əsarəti”nə qarşı müharibəsini vacib hesab edir. Erməni liberalizmi və faşizmini ilk kəşf edən olan Artsruninin iddialarına əsasən, nə türklər, nə də ki vəhşi kürdlərin nə keçmişi, nə tarixi, nə ədəbiyyatı, nə məktəbləri, nə iqtisadi istehsalatı, nə də zəhmətə sevgiləri var. Bununla belə, o özünün digər xalqları məhv etməklə bağlı çağırışları ilə razılaşmayan erməniləri “kütbeyinlər” adlandırır".

M.Perinçek əlavə edib ki, Q.Artsruninin ideyaları ilə tərbiyələnmiş erməni millətçiləri Osmanlı Türkiyəsində qırğın törətdilər və erməni əhalisinə qarşı cavab hərəkətlərinə səbəb oldular: "Artsruninin ideyaları ilə böyümüş erməni millətçilərinin yeni nəsilləri SSRİ-nin süqutu dövründə Qarabağ münaqişəsini qəsdən törətdilər, Xocalı və digər yaşayış məntəqələrində insanlığa qarşı cinayətlər törətdilər, indi isə Ermənistan hakimiyyətində möhkəmləniblər. Bunların hamısı Artsruni kimi ideoloqlar tərəfindən yüz il əvvəl səpilmiş millətçilik, irqçilik və faşizm ideyalarının indiki zamanda necə dəhşətli nəticələrə səbəb olduğunu aydın olaraq göstərir".

 


XƏBƏR LENTİ
FTB-nin Türkiyə üzrə nümayəndəsi polisə çağırıldı 00:06
13.12.2017
FED uçot dərəcəsini artırıb 23:08
Generalın həbs olunan bacısı oğlundan etiraf - “…Məhbuslar qaça bilməzdilər” 22:47
Biləsuvarda güclü yanğın - Evində yanaraq öldü 22:17
İlham Əliyev: “Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması bizdə böyük narahatlıq yaradır” 21:39
Türkiyədə azərbaycanlı qətlə yetirildi 21:15
“Trampın qəbul etdiyi qərarın bizim üçün əhəmiyyəti yoxdur, özü çalar, özü oynayar" - Ərdoğan 20:47
Nazirlər Kabinetində ştat sayı artırılıb 20:24
İstanbul toplantısında sürpriz qonaq + FOTOLAR 20:00
ANS-in keçmiş əməkdaşı həbs edildi - 200 min dollar “atıb” 19:40
Bakıda məhbusun ölməsinin səbəbi məlum olub + YENİLƏNİB 18:38
İstanbulda Qüdslə bağlı TARİXİ QƏRAR 17:50
Tanınmış aktyorla xanımını belə döydülər + VİDEO 16:20
Bir günə məşhurlaşan ağdamlı müəllim-tələbə + FOTOLAR + VİDEO 15:03
Bu dərmanın istifadəsi qadağan edildi - SƏBƏB + FOTOLAR 14:02
Fədayə Laçın məhkəməyə gətirildi - Bu gün azad oluna bilər + YENİLƏNİB 13:00
Bu islam ölkələri Qüdsün müzakirə olunduğu İstanbul görüşünə gəlmədilər - ŞƏRHSİZ 12:31
Vergilər naziri Təhsil Nazirliyi kollegiyasının sədridir 12:20
Xaricdə əyani təhsil alan vətəndaşların Azərbaycanın təhsil müəssisələrinə köçürülməsi şərtləri müəyyənləşib 12:00
Ramil Usubov qiyamda həlak olan polisin oğluna vəzifə verdi + FOTOLAR 11:45
Tələbələrin hansı hallarda ali məktəblərdən xaric ediləcəyi açıqlanıb 11:25
Fazil Məmmədovun əmlakları əlindən alınmağa başlandı - TƏFƏRRÜAT 11:01
Murad Rəhimov sədr təyin olundu 10:31
Artur Rasizadə onları işdən çıxardı 10:00
"Dopinqdən istifadə etməyən ölkə yoxdur, amma Rusiyanı cəzalandırırlar" - ŞƏRH 09:25
İstanbulda Qüdslə bağlı xarici işlər nazirlərinin toplantısı başlayıb 08:59
Rəşad Sadıqov baş məşqçi təyin edildi 07:54
Dəm qazından ölən ana ilə 2 uşağının - Fotosu + VİDEO 00:52
Son 13 ildə 40 min Azərbaycan vətəndaşına Türkiyədə yaşamaq icazəsi verilib 00:21
İsrailə qarşı üçüncü İntifadanın başlandığı bəyan edildi 00:00